Soyuq əllər, isti papaqlar

Hər kəsə salam,

Yanvar ayının soyuğunu vitrinlərdə gözlərimizi qamaşdıran zərli, parlaq geyimlər mülayimləşdirməsə də, qışın oğlan çağında  şık görünməyimizə kömək edir.

Dəb həftəsi

Salam, bloqumun əziz izləyiciləri. Bir yay fəslininin də təqvim yarpaqları ömrümüzdən vərəq-vərəq əksildi. Bu cümlə nə qədər dramatik səslənirsə, mənim üçün də yay qarderobunu nizama salıb qış qarderobuna keçmək bir o qədər əziyyətli prosesdir. Nəyahət qat-qat, üst-üstə geyinməyin zamanı gəldi. Bunu çox sevirəm.

Bu dəfəki, kombində dünyanın moda nəbzinin vurduğu şəhərlərin birində ( Ah, London!) dəb həftəsinə qatılarsam geyinəcəklərimi geyindim.

Sizə xüsusilə köynəyimdən yazmaq istəyirəm. Fəxrlə deyə bilərəm ki, o yerli dizayndır. Üzərinizə geyindiyiniz və sənət əsəsri kimi yanaşdığınız parçaların yaradıcıları ilə söhbət etmək imkanınızın olması necə əla hissdir. “SH Couture” imzalı köynəyi və kolleksiyanın tamamını görmək və satın almaq üçün www.shcouture.com  saytına daxil olmağınız kifayətdir.