Ayaqqabılarda “nənə” dəbi

Hər kəsə salam. Bir-neçə gün öncə elan etdiyim kimi artıq bloqumda yeni bölmə yaratmaq qərarına gəldim. Bu bölmədə onlayn alış-veriş saytlarından müəyyən kateqoriyalar üzrə bəyəndiyim məhsulları paylaşacağam. Tutaq ki, paylaşdığım hər hansı məhsulu bəyəndiniz və sifariş etmək istədiniz. Bu məsələni də sizin üçün asanlaşdırmışam. Hər məhsul üçün yerləşdirdiyim aktiv linkə klik etməklə birbaşa sayta daxil olaraq sifariş verə biləcəəksiniz.

Sevimli Dekabr

Hər kəsə salam.

“Əslində” ilə başlayan bəhanə qoxulu cümlələri heç sevməsəm də ilin son postu üçün bu kəlmə qaçılmaz oldu.

Dəb həftəsi

Salam, bloqumun əziz izləyiciləri. Bir yay fəslininin də təqvim yarpaqları ömrümüzdən vərəq-vərəq əksildi. Bu cümlə nə qədər dramatik səslənirsə, mənim üçün də yay qarderobunu nizama salıb qış qarderobuna keçmək bir o qədər əziyyətli prosesdir. Nəyahət qat-qat, üst-üstə geyinməyin zamanı gəldi. Bunu çox sevirəm.

Bu dəfəki, kombində dünyanın moda nəbzinin vurduğu şəhərlərin birində ( Ah, London!) dəb həftəsinə qatılarsam geyinəcəklərimi geyindim.

Sizə xüsusilə köynəyimdən yazmaq istəyirəm. Fəxrlə deyə bilərəm ki, o yerli dizayndır. Üzərinizə geyindiyiniz və sənət əsəsri kimi yanaşdığınız parçaların yaradıcıları ilə söhbət etmək imkanınızın olması necə əla hissdir. “SH Couture” imzalı köynəyi və kolleksiyanın tamamını görmək və satın almaq üçün www.shcouture.com  saytına daxil olmağınız kifayətdir.

Qat-qat səma

Salam, dəbsevərlər 🙂

Uzun aradan sonra nəhayət ki, blog-u yeniləyə bildim. Bilirsiniz bugünlərdə vintaj üslub vintinlərdə və  dəb həftələrində öz dominant mövqeyini qoruyub saxlayır. Ən sevdiyim terndlərdən biri isə romantik tərzli ətək və donların idman üslublu ayaqqabı və botlarla kombinlənməsidir.

Fransız ruhu toy libasında

Hər kəsə salam,

Sizinlə toy “look”umu paylaşıram. Geyim barədə çox qısa və konkret yazacam.  Eynilə beynimdə olan “gəlinlik” modelinin çox sevdiyim İngiltərə geyim markası olan  Self Portrait-in adi paltar kolleksiyasında görəndə çox sevindim.

Harmony of Sun and Nature

Salamlar.

Artıq yay bizdən iki həftə uzaqdadır, əhvalınız necədir? Siz də mənim kimi yüngül yay geyimlərinə keçməyə səbrsizlənirsinizsə bu post ürəyinizcə olacaq. Mən demək olar ki, bütün yayı bu tərzdə keçirirəm, çox nadir hallarda məni tünd rənglərdə görmək olar. Ağ kətan və pambıq materialdan olan geyimlər yayda ən çox müraciət etdiklərimdir. Görüntünü tamamlamaq vəzifəsi isə əlbəttə ki,  şlyapalara, rəngli aksesuarlara, kiçik boğaz şarflarına, həsir sandallara və çantalara düşür.