Göz qamaşdır!

Hamiləlikdə tərzli olmaq asan deyil. Ona görə yox ki, tərzli geyimlər tapmaq çətindir, ona görə ki, alıb qarderobumuza qatdığımız hər hansı bir yeni “qonağ”ı əlimizdə olan hər şey ilə kombin etmək olmur.

It is just it!

Salam dəbsevərlər,

Əgər həqiqətən “dəbsevər”sinizsə moda ilə bağlı heç bir ifadə və ya termin sizə yad gəlmir. Əgər deyilsinizsə də əminəm ki, ömrünüzdə bircə dəfə də olsa vitrində görüb bəyəndiyiniz donu gecə yatanda düşünmüsünüz. Odur ki, dəblə bağlı hər hansı yenilikdən və ya tendensiyadan danışmaq əksəriyyət üçün heç vaxt sıxıcı olmur.

Soyuq əllər, isti papaqlar

Hər kəsə salam,

Yanvar ayının soyuğunu vitrinlərdə gözlərimizi qamaşdıran zərli, parlaq geyimlər mülayimləşdirməsə də, qışın oğlan çağında  şık görünməyimizə kömək edir.

Sevimli Dekabr

Hər kəsə salam.

“Əslində” ilə başlayan bəhanə qoxulu cümlələri heç sevməsəm də ilin son postu üçün bu kəlmə qaçılmaz oldu.

Dəb həftəsi

Salam, bloqumun əziz izləyiciləri. Bir yay fəslininin də təqvim yarpaqları ömrümüzdən vərəq-vərəq əksildi. Bu cümlə nə qədər dramatik səslənirsə, mənim üçün də yay qarderobunu nizama salıb qış qarderobuna keçmək bir o qədər əziyyətli prosesdir. Nəyahət qat-qat, üst-üstə geyinməyin zamanı gəldi. Bunu çox sevirəm.

Bu dəfəki, kombində dünyanın moda nəbzinin vurduğu şəhərlərin birində ( Ah, London!) dəb həftəsinə qatılarsam geyinəcəklərimi geyindim.

Sizə xüsusilə köynəyimdən yazmaq istəyirəm. Fəxrlə deyə bilərəm ki, o yerli dizayndır. Üzərinizə geyindiyiniz və sənət əsəsri kimi yanaşdığınız parçaların yaradıcıları ilə söhbət etmək imkanınızın olması necə əla hissdir. “SH Couture” imzalı köynəyi və kolleksiyanın tamamını görmək və satın almaq üçün www.shcouture.com  saytına daxil olmağınız kifayətdir.

Qat-qat səma

Salam, dəbsevərlər 🙂

Uzun aradan sonra nəhayət ki, blog-u yeniləyə bildim. Bilirsiniz bugünlərdə vintaj üslub vintinlərdə və  dəb həftələrində öz dominant mövqeyini qoruyub saxlayır. Ən sevdiyim terndlərdən biri isə romantik tərzli ətək və donların idman üslublu ayaqqabı və botlarla kombinlənməsidir.