Xaricdə təhsil almaq üçün haradan və necə başlamaq lazımdır?

Təhsil barədə seçimlərimiz həyatımızda çox həlledici rol oynayır. Bəzi insanlar ilk təhsil aldıqları təhsil üzrə ixtisaslaşırlar, ömür boyu həmin sahənin mütəxəssisi olurlar. Bəzi insanlar da mənim kimi birdən çox sahədə biliyə yiyələnmək istədikləri üçün özlərini müxtəlif sahələrdə sınayırlar. Yəqin ki, sizin də ətrafınızda belə insanlar var. Kimya fakultəsində təhsil alıb moda dizayneri olmaq istəyən kim, tibbi bitirib kod yazan kim.

Mən 2011-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirmişəm. Məzun olduqdan sonra hiss etdim ki, dünyada əksər hüquqşünasın etdiyi kimi ikili ixtisasa sahib olmaq istəyirəm, yəni hüquq ilə bərabər iqtisadiyyat və ya maliyyə təhsili almaq istəyirəm. Çox marağımı çəkən Risklərin idarə edilməsi sahəsini seçdim, amma baza təhsilim hüquq olduğu üçün birbaşa maliyyə üzrə təhsil ala bilməzdim. Yönləndiricim və bütün təhsilim boyu məni müşaiyət edən Azeristudent  oldu. Bəli, bəli şirkət hələ də fəaliyyət göstərir, həm də sadəcə ölkəmizdə yox, həm də Ukraynada, Gürcüstanda və Albaniyada.

Tu’s lazy Sunday

Hello, fashion lovers or people who just love to live in beautiful way and enjoy every moment of life.  Yes, I said exactly “every”, even lazy home day on Sunday. Put on your cozy oversize scarf, take a cup of tea and favorite chocolate, choose a book from shelf or a music from playlist and….