Bir 90’lar söhbəti

90’lar ruhu sizə də sehrli gəlmir? Əlimə bir top alıb “ortadaqaldı”, “rezinka” oynamaq, “plombir” yeyə-yeyə “tetris” qurdalamaq istəyirəm. Elə bil günəş də başqa səmtdən çıxır, yağış da bir başqa yağır, torpaq da bir başqa qoxurdu.

Çəkilişə uyğun məkan əlbəttə ki, o dövrlərdən qalma, hələ sökməyə macal tapmadıqları binalardan biri olacaqdı. Biz də axtardıq, tapdıq. Küçələri gəzərkən məktəb gündəliyimi vərəqləyirəm hissi oyandı məndə. O “beş”ləri sayıb-sayıb yenidən çantama səliqə ilə yerləşdirdiyim dəftər…

Geyimdən yazmaq istəmirəm, qoy özü danışsın, “mən azadlığam” desin.

Yeri gəlmişkən iki ildir ki, “azadlığını geyin” şüarı ilə sizinlə söhbət edirəm, amma bir dəfə də olsun soruşmamışam: azadlığınızı geyinə bilirsiniz mi?

 

Bag: Aldo

Sweatshirt: Zara

Photography: Gulsan Narimanli 

 

Sevgi ilə,

Tu

 

 

You may also like

3 comments

  1. Çoox bəyəndim. Aldı apardı o illərə məni. 15- 20 il geriyə getmek tamam fərqli hiss imiş bu gün yaşatdız mənə bunu. Hətta yazdığınız cümlələrdə ki o oyunlar falan bir bir az qala bütün xatirələri xatırladım oxuduğum müddətdə 😍 hər zaman ki kimi mükəmməlsiz!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir