Xaricdə təhsil almaq üçün haradan və necə başlamaq lazımdır?

Təhsil barədə seçimlərimiz həyatımızda çox həlledici rol oynayır. Bəzi insanlar ilk təhsil aldıqları təhsil üzrə ixtisaslaşırlar, ömür boyu həmin sahənin mütəxəssisi olurlar. Bəzi insanlar da mənim kimi birdən çox sahədə biliyə yiyələnmək istədikləri üçün özlərini müxtəlif sahələrdə sınayırlar. Yəqin ki, sizin də ətrafınızda belə insanlar var. Kimya fakultəsində təhsil alıb moda dizayneri olmaq istəyən kim, tibbi bitirib kod yazan kim.

Mən 2011-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirmişəm. Məzun olduqdan sonra hiss etdim ki, dünyada əksər hüquqşünasın etdiyi kimi ikili ixtisasa sahib olmaq istəyirəm, yəni hüquq ilə bərabər iqtisadiyyat və ya maliyyə təhsili almaq istəyirəm. Çox marağımı çəkən Risklərin idarə edilməsi sahəsini seçdim, amma baza təhsilim hüquq olduğu üçün birbaşa maliyyə üzrə təhsil ala bilməzdim. Yönləndiricim və bütün təhsilim boyu məni müşaiyət edən Azeristudent  oldu. Bəli, bəli şirkət hələ də fəaliyyət göstərir, həm də sadəcə ölkəmizdə yox, həm də Ukraynada, Gürcüstanda və Albaniyada.

Öncə birlikdə oxumaq istədiyim şəhəri və universiteti , daha sonra isə  keçid bir ixtisas seçdim- Strateji idarəetmə və liderlik. Bu proqram çərçivəsində ilkin maliyyə biliklərinə yiyələndikdən sonra ikinci master proqramımı – Risklərin idarə edilməsi üzrə MBA oxudum. Təhsilimi İngiltərənin “London School of Business and Finance” universitetində aldım.

Azeristudent dünyanın bir çox tanınmış universitetlərinin ölkəmizdə rəsmi təmsilçisidir. Elə bu səbəbdən də tələbə namizədlərinə təmənnasız xidmət göstərirlər.  Aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərirlər:

  • Peşəkar menecerlərin tələbələri konsultasiya etməsi;
  • Tələbələrə xaricdə təhsil proqramları üzrə məsləhətlərin verilməsi;
  • Məktəb, Bakalavr, Magistr, PHD ( doktorantura ) , dil kursları, Sertifikat proqramlar üzrə tələbələrin xaricə göndərilməsi;
  • Bütün proqramlar üzrə qeydiyyat, viza əməliyyatları, həmçinin xaricdəki təhsil müddətindən Azərbaycana dönəcəyi müddətə qədər bütün proseslərin həyata keçirilməsi.

Azeristudent həmçinin Ukrayna ( Kiyev ), Gürcüstan ( Tiflis ) və Albaniya (Tirana) ofisləri fəaliyyət göstərir. Əgər xaricdə təhsil almaq istəyirsiniz və haradan, nədən başlayacağınızı bilmirsinizsə mən sizə peşəkar dəstək almağı məsləhət verərdim. Çünki xaricdə təhsil çox stressli prosesdir və xırda bir eksperiment böyük səhvlərlə nəticələnə bilər.

Bundan sonra sizinlə xarici universitetlərdə fəaliyyət göstərən müxtəlif ixtisaslar üzrə proqramlar barədə məlumat paylaşacam. İlk seçimim moda və dizayn oldu. Əgər xaricdə bu ixtisas üzrə təhsil almaq istəyirsinizsə sizin üçün aşağıdakı alternativləri təqdim edirəm :

İstituto Europeo di Design

İED 3 müxtəlif şəhərlər yerləşir. İtaliya, İspaniya və Braziliya.

Artıq ,  50 ildən çoxdur ki,  The İstituto Europeo  di Design – dizayn, dəb, visual əlaqələr və menecment sahəsində inkişaf edir. Burada, birinci səviyyə academik kurslar, 3 illik bakalavr, magistatura və ixtisaslaşma kursları mövcuddur. İED daima beynəlxalq əlaqələri geşinləndirdiyi üçün xarici tələbələr üçün də ideal seçimdir.

İED-in  müxtəlif şəhərdə kampuslardan ibarətdir. İED- kampusunun tarixi, ilk dəfə Milanda 1966-ci ildə, Romada 1973-ci ildə, Turində 1989-ci ildə, Madriddə 1994-cü ildə, Barcelonada 2002-ci ildə, San Paulada 2005-ci ildə, Venesiyada 2007-ci ildə, Florensiyada 2008-ci ildə, Kalyari 2009-cu illərə təsadüf edir.

 

İstituto Marangoni

İtalyan və dünya bazarının tələblərinə uyğun gəlmək üçün daim, təhsil proqramlarının yenilənməsini təmin etmişdir. “İstituto Marangoni” müxtəlif ölkələrdən olan və bu məktəbi təmsil edən “4” nəsil profesionallara təhsil verib ötürmüşdür.

Geniş  təhsil proqramlarına hazırlıq, 3 illik bakalavr, magistatura proqramları daxildir.

 

Domus Academy 1982-ci ildə Milanda yaradılmışdır. İtalyanın dizaynerlik üzrə magistr proqramları tədris məktəbidir . İtalyan dəb və dizayn təcrübəsi əsasında uzun illər boyunca universitet innovasiya və diyazn üzrə tələbələrə proqramlar təklif etmişdir.
2009-cu ildə Domus Academy 54 beynəlxalq univeristeti birləşdirən “Laureate İnternational Univeristies Network”-ə qoşulmuşdur. Domus Academy-nin nailiyyətləri bütün dünyada tanınmışdır. Akademiya Business Week tərəfindən üç dəfə dünyanın ən yaxşı məktəbi kimi nəmizədliyi irəli sürülmüşdür.
Növbəti məqaləm hansı Universitetlər və proqramlar barədə olsun? Fikirlərinizi şərhlərdə bildirin.
Your Study We Care
Sevgi ilə,
Tu

 

 

 

 

You may also like

4 comments

  1. Çox sağ olun , önəmli məlumat üçün 💛 bütün tələbələri narahat edən əsas məsələni soruşum o zaman, yəqin ki siz getdiyiniz ildən indiyə xeyli artım olar. Ancaq xərciniz nə qədər çıxmışdı deyə bilərsiz?

    1. Salam. Sizin üçün yararlı post olduğu üçün çox şadam. Mənim qeyd edəcəyim büdcə ilə bağlı məlumat sizin heç bir işinizə yaramayacaq, çümki xərclər, məsələn Londonda hətta şəhərin hansı zonasında yaşayacağınızdan fərqli olaraq dəyişir. Bütün xırdalıqları dəqiqləşdirdən sonra büdcəni təxminən hesablamaqda Azeristudent təmənnasız kömək edə bilər. Mənə də yaza bilərsiniz.

  2. Salam
    Mən övladım üçün aktyorluq ixtisası haqqında məlumat almaq istərdim.
    İngilis dilində.
    Daha doğrusu məni qiymətlər və təqaüdlər maraqlandırır.
    Ukrayna və Gürcüstandan başqa.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir