2017-2018 Payız-Qış trendləri- Chanel ilə

Trendlər həyatımıza rahatlıq gətirəndə gözəl görünmək bizim üçün daha da asanlaşır, amma əlbəttə ki, eyni kolleksiyaya həm rahatlığı, həm əyləncəni, həm də parıltını görmək çox çətindir.

Heç şübhəsiz, hamınız lüks brendlərin 2017-2018-ci il üçün payız-qış kolleksiyası ilə tanış olmusunuz.  Bu sezon mənim sevimlim Chanel oldu. Səbəbi sizə maraqlıdırsa səhifəni aşağıya doğru çəkməyə davam edin.

 

Çünki Chanel hər zamankı kimi eyni zamanda həm rahatlığı, həm də cazibəni nümayiş etdirməyi bacardı.  

  1. Rahatlıq

Yeni sezon yun, sırıqlı dəstləri görəndə düşündüm ki, bunları geyinib yuxuya getmək də olar 🙂  Bəs o böyük həcmli, sırıqlı çantalara nə deməli? İlk baxışdan sevgi!

2. Maraqlı və əyləncəli

Bu il əksər lüks brendlərin kolleksiyasında kosmosdan detallar, xüsusən də kosmonavt printi görə bilərsiniz. Mən səsimi bu dəfə də Chanel-ə verdim.  Çox gözəl deyillər?

Dizaynerlər bu il metal gümüşü rəngi  əfsanələr yazmaq üçün yenidən meydanlara çağırıblar. Yeni kolleksiyalar içində ürəyimi ən çox məhz Chanel-dən olan qəribə kəsimli gödəkçələr fəth etdi.

3. Eleqantlıq və parıltı

Bir dəb şousunu zərli, parıltılı parçalarsız təsəvvür etmək olar? Qapınızı açın: parıltı və incə saçaqlar gəlir.

Fikirləşməyin ki, kolleksiya rənglərdən kasaddır, yox: 

Fotolar Vogue jurnalından götürülüb

Ümid edirəm bəyəndiniz. Bəs sizin sevimli trendiniz nə oldu?

Sevgi ilə,

Tu.

Follow my blog with Bloglovin

You may also like

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir