Hamiləliklə bağlı ən çox ünvanlanan sualları cavabladım

Artıq hamiləliyin son günlərini yaşayıram və keçdiyim 9 aylıq zaman kəsiyində hər kəs tərəfindən  sual olunan mövzular barədə yazmaq üçün bloquma “hamiləlik” bölməsi əlavə etmək qərarına gəldim. Bu kateqoriyada bir neçə mövzuda məqalə yazmaq fikrindəyəm.

Bu dəfə hamiləliklə bağlı mənə ən çox verilən sualları ümumiləşdirərək cavablamağa çalısacam.

  • Hamiləlik zamanı əsəblərinizi sakit saxlamaq üçün nə edirsiniz?

– Düşünürəm ki, bu suala cavab verə biləcək ən uyğun olmayan insan mənəm. Çünki həm çox əsəbiləşən deyiləm, həm də ailəmdə və ətrafımda əsəbi insanlar yoxdur. Sadəcə onu deyə bilərəm ki, elə hamiləlikdən öncə də, hamiləlik zamanı da neqativ insanlardan və hadisələrdən uzaq durmağa və ya onları tamamilə həyatımdan çıxarmağa çalışıram. Çox insan tanıyıram, amma çox nadir insanı əhatəmə alıram. Hər gün mütləq komediya janrında bir film və ya serial izləyirəm. Ən əsası hamiləliyə fövqəladə bir hal kimi yox, olduqca soyuqqanlı yanaşıram. Bəlkə də elə buna görə bu dövrdə hormonlarla bağlı şikayətim olmadı. Kövrəlmək, ülvi hisslərə qapılmaq mənə çox yaddır. “İndi və burada” prinsipi ilə yaşayıram.

 

  • Hamiləliklə bağlı hansı kitabları oxudunuz?

-Hamiləlik zamanı sırf bu mövzu ilə bağlı heç bir kitab oxumadım və bu işi hamiləlik sonlandılrıldıqdan sonraya təxirə saldım. Çünki mən hər hansı bir dönəmdən keçdiyim zaman məhz özümü dinləməyə, öz fikirlərimi ümumiləşdirməyə, öz nəzəriyyəmi yürütməyə çalışıram. Heç kimin fikirlərində öz suallarıma cavab axtarmıram, çünki o fikirlər mənim yox, bir başqasının yolundan bəhs edir. Bizim isə hər birimiz unikalıq vı hekayələrimiz təkrarolunmazdlr.

Hamiləliklə bağlı internetdən dölün hər həftəyə uyğun inkişaf xüsusiyyətlərindən başqa bir şey araşdırmadım, sizə də məsləhət görmürəm. Çünki internetdə çox bədbəxt nümunələrə rast gələ bilərsiniz və heç bir probleminiz olmadığı halda sarsıntı keçirərsiniz.

 

  • Hamiləlik dövründə kilonuza necə diqqət edirsiniz?

-İlk öncə onu deyim ki, üzərimdə çox bilinməsə də nə az, nə çox 14 kg çəki almışam. Hamiləlik dövründə çox mövzuda olduğu kimi qidalanmada da hər zamankı yolumla davam etdim, məsələn hər zaman olduğu kimi axşam, yəni üçüncü yeməyi yemədim. Əlbəttə ac qalmıram, nəinki hamiləlikdə, elə hər zaman əgər axşam əsas yemək yemədikdə özünüzə əzab vermiş kimi hiss edirsinizsə bunu etməməlisiniz. Axşam yeməyinin yerinə mövsümi tərəvəzlər və meyvələr, çərəz və su qəbul edirəm. Aşağıdakı bir neçə xüsusi nüans nəzərinizə çatdırmaq istəyirəm:

  1. İkinci aydan başlayaraq 3 ay ərzində hər gün səhər 1 qaşıq bəhməzi (doşab) bir stəkan suya qatıb içdim. Bəhməzin faydalarını saymaqla bitməz, mən halsızlığı aradan qaldırmaq üçün içirdim və çox xeyrini gördüyümü əminliklə iddia edə bilərəm. 2 ay boyunca arada 2 dəfə bir həftəlik fasilə verdim.
  2. Gündəlik çay qəbulunu azaltdım və kofe qəbulunu çox nadir hallarda “decaf” kofe ilə əvəzlədim. “Decaf” kofe koffeinsizləşdirilmiş kofe sayılsa da tərkibində az faizdə koffein olur, əgər mütəmadi olaraq qəbul etmirsinizsə ziyanı yoxdur. Amma burada xüsusi bir nüans var ki, ona mütləq riayət etməlisiniz. Kofe koffeinsizləşdirilərkən təbii və qeyri-təbii üsullardan istifadə edilir. Kofe aldığınız mağazadan mütləq bu barədə maraqlanın.
  3. Son ayda yeməkləri saədəcə soyutma halında bişirirəm.
  4. Hər şeydən az qidalandığım üçün 7 aya kimi özümü heç bir şirniyyatdan və yeməkdən məhrum etməmişəm. 7-ci aydan sonra birdən-birə kilo alımının qarşısını almaq üçün yağdan, undan, şəkərdən və duzdan bacardığım qədər qaçıram.
  5. Şokaladla sadəcə 8-ci ayda vidalaşmağı bacardım, indi isə sadəcə kakaolu dondurma yeyirəm.
  6. Bol su qəbul edirəm.
  7. Aktiv həyat tərzi keçirirəm, nadir hallarda günüm evdə keçir, hər gün alınmsa belə bir gündən bir 3-4 km gəzirəm.

Bu sadəcə olaraq mənim təcrübəmdir, inandığım və düzgün bildiyim yol ilə irəlilədim və hal-hazırda özümü çox yüngül və aktiv hiss edirəm.

 

  • İdmanla məşğul oldunuz mu?

Yoga ilə məşğul oldum və bu barədə növbəti yazımda hərtərəfli bəhs edəcəm.

Bu qədər. Fərqli suallarınız varsa şərh bölməsində bildirməyi unutmayın.

Bu dəfəki yazımı isə Gülçinin fotoları bəzəyəcək.

Sevgi ilə,

Tu

 

You may also like

14 comments

  1. Her şey yene de özünemexsus, sevirem bele insanları! Ve bir şeye çox qatılıram, internetden hamileliyi araşdırmaq can sıxıntısından başqa bir şey deyil, qarışqa boyda şeyi adama ele aşılayır kı, internetde yazılanlar adamın içine olmadıq yerden qurd salır. Ona göre en düzü ele öz bildiyin yolla getmek ve hekimle söhbetleşmekdi, internetle yox) Turan, sizin sağ-salamat xeberinizi almağı en çox gözleyen insanlardanam, aramızda 1 ay yarımlıq bir hamilelik dövrü ferqi var, ve indiye kimi sosial şebekede meni bu barede en çox ilhamlandıran siz oldunuz!❤️ Burla, çox şanslıdı bele müsbet enerji dolu anaya, bele sevgi fışqıran bir aileye sahib olacağı üçün🙏🏻😌 öpürem, bağrıma basıram sizi💋💋💋💋 düzdü, qarınlar imkan vermir, amma siz yene de olmuş kimi qebul edin😂

  2. Sizi və sizin ailənizi çox çox sevirəm.O qədər istiyirəmki övladınız sağ salamat doğulsun.Yuxarıdakı şərhdədə xanımın dediyi kimi Burla çox şanslıdı.Belə şən gülərüz və sözün əsl mənasında gözəl valideynlərə sahib olduğu üçün 😍😍😍

  3. Turan xanım,siz hamiləlikdən əvvəlki normal həyatınızda qolaltı lazer epilyasiyasından istifadə edirdinizmi?Deyirlər bu sonradan uşağın qidalandırılması zamanı problem olar onu dəqiq öyrənmək üçün sizə müracit etməyi üstün tutdum çünki kosmetoloqlar hərəsi bir söz deyir.

    1. Xanım icazənizlə Turandan əvvəl bir şərh mən yazım 🙂 6aylıq oğlum var. Normal həyatımda lazerdən istifadə etmişəm hər zaman. Oğlum doğulandan sonra ancaq ana südü içir yəni problem olmayıb qidalanmasında. Turan düz qeyd edir, hər kəs individualdı. Ona görə də mənə təsir etməyibsə, bəlkə də başqasına təsir edir. Bunun üçün yəqin o dövrü keçmək lazımdı ki bilinsin.

      Tu, deyirəm bəlkə uşaqlarımızı göbək kəsdi eliyək? :D:D sağ salamat qucağınıza alasız inşallah möcüzənizi.

        1. Məncə bu barədə həkiminizlə məsləhətləşin, çünki bu barədə müxtəlif fikirlər var. 12-ci həftədən 24-cü həftəyə qədər lazerin mümükn olduğunu deyənlər də var, tamamilə qadağan olduğunu da. Seçim sizindir, ümumiyyətlə isə lazer epilyasiyasının dölə hər hansı bir ziyan vura biləcəyi barədə elmi sübut yoxdur, belə ki, lazer dərinin üst qatına təsir edir, daxili orqanlara deyil. Lakin ağrıdan qarında tonus yarana biləcəyi də iddialar arasındadır.

    2. Salam, Zümrüd xanım, öncələr olunan lazer epilyasiyası sonradan uşağa heç bir ziyan edə bilməz. Südvermə zamanı edilən lazer epilyasiyası isə mübahisəlidi və bu barədə heç bir elmi sübut yoxdur. Mən doğumdan sonra lazer epilyasıyasına davam edəcəm, qoltuqaltı ola bilsin 6 aydan sonra edərəm, ziyanı olacağına da inanmıram.

  4. Turan xanim, evvela tebrik edirem sizi, tezelikle tanis oldum sizinle. Mene maraqli olan sizin dogusdan sonra rahat hereket etmeyiniz ve gezmeyiniz olub. Yeqin dogusunuz rahat kecib. Bu haqqda nese meslehet vere bilersiz?

    1. Salam, bəli tamamilə haqlısınız. Birinci ona görə ki, istənilən normal doğuşdan 3-5 gün sonra çox asanlıqla gəzmək mümkündür. Mənim təcrübəmdə ən əsas səbəb isə hamiləliyim boyunca yoga ilə məşğul olmaq və çoxlu gəzmək oldu. Elə məhz bu səbəblərdən də doğuş rahat keçdi. Ən birinci şərt isə inamdır, asan olacağına inanırdım, asan oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir