Göz qamaşdır!

Hamiləlikdə tərzli olmaq asan deyil. Ona görə yox ki, tərzli geyimlər tapmaq çətindir, ona görə ki, alıb qarderobumuza qatdığımız hər hansı bir yeni “qonağ”ı əlimizdə olan hər şey ilə kombin etmək olmur.

Adətən bir “t-shirt” alırıq və onu artıq evdə olan müxtəlif şalvar və ətəklərlə tutuşdurub kombin edirik. Hamiləlikdə isə o şalvar və ətəklər  bədən ölçülərimizə belə demək mümkündürsə üz çevirirlər. Elə buna görə də bədənimizə uyğun hər hansı bir geyim əşyasını aldıqda ona uyğun və hamiləliyi dəstəkləyən digər detallar da almalı oluruq. Bu isə demək olar ki, qarderobumuzu başdan yaratmaq deməkdir. Düşünürəm ki, “hamiləlikdə tərzli olmaq çətindir” mifi də buradan qaynaqlanır.

Havalar isindikcə vitrinlərdə hamilələr üçün seçimlər daha çox nəzərə çarpır. Məsələn, enli biçimli panbıq, kətan paltarlar və ya elə bu dəfəki kombinimdə istifadə etdiyim dartılan toxunma parçadan tikilmiş tulum sizin üçün əla seçim ola bilər.

Bu tulum bəlkə də hamiləlik dövrümün ən əntiqə tapıntısıdır. Onu da qeyd edim ki, bu kəşfi Mouradova ya borcluyam. Hamiləlik zamanı alış-veriş xeyli yorucu ola bilər, ona görə mütləq zövqünə və gözünə inandığınız bir yaxınınızdan arada-sırada sizi müşaiyət etməsini xahiş edə bilərsiniz.

Geyimimi sezonun trendi boxça formalı çanta və “slipper” ilə tamamladım. Yazın şıltaqlığına qarşə isə hər zaman hazırlıqlı olun və sevimli pencəyiniz çiyninizdə olsun.

Ümid edirəm zövq alacaqsınız.

 

 

Jumpsuit: Zara

Bag: Zara

Coat: Pull and Bear

Slippers: Koton

Glasses: Mango

Earrings and Braclet: I am 

Bralette top: New Yorker

Sevgi ilə,

Tu

You may also like

12 comments

  1. Turan, hamilelikde en cox musbet enerji aldigim insanlardansiz. Sizde insana shen olmaqcun ilham veren bir ruh var. Ister numayish etdirdiyiniz deb, ister hadiselere reaksiyaniz, baxish achiniz “take it easy” deye qishqirir sanki menim ucun 😉 Yaydiginiz enerjini cox sevirem, Insha Allah sizin o enerji menbeyiniz daima sizi qidalandirsin ki, siz de etrafa bu “inspiration”i yaymaga davam edesiz!😘

  2. Wekillerinize baxanda agla gelen ilk mahni Dunya tek biz ikimiz)))Coox musbet enerjiniz var Mashallah looka da bu yansiyib☺️Cool,super mom😘Ilk defedi hansisa bloga werh bildirdim🙈Love u Tu❤️

  3. Beyenmedim. ustelikde bunu reklam etmeyin bir anlami yoxdu. Esl azeri xanimina yarasmir bele sheyler. Eminemki coxluq fikrimi destekleyecek. Isteyirsizse size baxib soysunler tebiiki bunu ede de bilersiz. ugurlar

  4. Her zamanki kimi çox vulgar görsenirsiz. Detal şekillerindan başqa diger butun hamile şkilleriniz sert bir iticilik yaradir size qarşı. Xüsusile de saçlariniz. İlk şekillerinizi cox beyendim, nişan, nigah, ad günu ve saire. Ama hamile olandan sonra bir dene bele look baxilasi deyil. İkrah hissi doğurur. Subyektiv fikirlerim…

  5. Sabah zaradan bu tuluma baxacam mütleq)) itici şekillerinizi axtardım ama ele bir şekil görmedim, insanlar birazca güzgüye baxsa belke bele sert yazılar yazmazlar. Uğurlar

  6. Çox bəyəndim, hətta paxıllıq etdim ki, mənim niyə belə gözəl hamiləlik şəkillərim yoxdur. Yenidən hamilə qalmaq istədim bir anlıq)) saç düzümünüz, geyiminiz əladır.

  7. Tu.Tərzinizi sevirəm Və bu lookda ikrah doguracaq hec bir şey gormurem…Təbiiki haminin subyektiv fikridi Lakin Tu bloggerdir Hamilelik burda reklam olunmur eger fashion, life style bloggerleri izlesez onların hamilelik looklarina şekillerine rast gele bilersiz Hamilədi deye fəaliyyetin dayandirmalidi? Ya qarnini gizletmelidi? Ayrıca burda yarasmayacaq Ayib bir şeyde yoxdur.Pregnant Style deye bir şey varki fashion bloggerler hamile olduqlari zaman hamilelik stillerini yaradirlar yəni digər looklarda olduqu kimi burdada geyim stili hamile olan xanimlar uçun kombin gösterilir Hem qarnini çölde qoymayib bele sert yanaşirsiz Hamile olanda hamileliynizi gizledin o zaman dar korset filan geyinin,çöle cixmayin Cunki söyerler he? Ama Instagram’da filan Hamile qiz sekili görün postun başliqida bele olsun “Beyenen her kese nesib olsun qizlar” onu tez beyenib Amin yazın very cute😂.Buda menim fikrimdi Eee tabii anlarsaniz.Netice olaraq Demem o ki şalvarı ayaqqabini nebilim cantanin uygunluğun filan muzakire etmek yerine Xanimlarin hamilelik durumunu qarnini muzakire etmek Sizleri Üstün dev anlayisli biri kimi filan göstermez. Tü Umumilikde kombininizi cox beyendim🌸Size uğurlar

  8. Əsl Azəri xanımı xələt geyinib evdə oturar; türk seriallarına baxar.Ev telefonu qulaqdan düşməz; qohumların arxasınca danışar.Birdə qonaqpərvər olar😂 Hətta hamilə belə olmaz,səhər durub görər ki,qucağında uşaq var…
    Heç kimin heç kimə bu tip ifadələri bildirmək haqqı yoxdur.Əcəb edib silməmisən,qoy hamı görsün😋 Necə dəyərlisənsə əziyyət çəkib bura daxil olub+baxıb və yazıblar😹 (c) @brideandgroomsstyleguide Sevinc🤗

  9. Söhbet hamileliyi gizletmekden getmir esla. Ana olmaq ve analiga namizedlik mene göre ülvi hisslerdir. Sadece qarnı bu şekilde belli edecek, üzr isteyirem ifadeye göre “göze soxacaq” şekiller mence yersizdir. Pregnant style nümayiş etdirmeye çalışılırsa, olmazmı ki, qarnı maksimum derecede az belli edecek geyim ve kombinlerle bunu etsinler? Biz de baxaq faydalanaq, hamile vaxti istifade edek. Bele dar, açıq, vulqar geyimi neçe nefer geyinmek isteyer goresen mene maraqlidir. Açıq yene ne ise, insan zerif, ince olsa yaraşır. Nece ki, hamilelikden onceki looklar cox gozeldir ama hamile qadina açiq geyimler yarasmir. Analiq muqeddesliyine xelel getirir menim fikrimce. Ona gore de yeke qarının obyektive girdiyi şekiller itici tesir bağislayir. Bir atalar sözü var, utanmasan oynamağa ne var ki?! Eger bele rahat hissedirsizse özünüzü onda problem yoxdur, davam edin. Yox eger bize hamile style haqqinda fikirler vermeye çalışmısızsa onda yox, alinmadi. Haminiza ugurlar. Rahat dogum arzu edirem size. Sag salamat korpenizi qucaginiza alasiz.

  10. Xanım çox düzgün qeyd edib doğrudan da insan lap ana olmaq istəyir baxdıqca😊İnşallah hər kəsə qismət olsun sizə də sağlam körpə,gözəl həyat arzu edirəm.İticilik deyərkən,bizdə bir az o gizlətmək filan kimi fikirlər yayılıb ki,həmin aylar elə geyinməlisən ki çox da qabarıq şəkildə göstərilməsin ya da bu kimi fikirlər.Amma Turan xanım bu looku yaradaraq öz stilini bu halı ilə də yaratmağa çalışmış və uğurlu da alınmışdır.Mən o geyimi geyinə bilmərəmsə,o demək deyildir ki,istəyənlər də geyinməsin,istəyənlərə öyrətməsin,köməklik göstərməsin.Turan xanım blogger kimi fəaliyyət göstərdiyindən onun izləyicilərinə onun bu halı və yaratdığı tərzi də çox maraqlı gəlir bunları görmək istəyənlər var.Məncə əla alınıb davamı daha daha gəlsin,bir gün biz də o anları yaşayanda faydalana bilək.❤

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir