It is just it!

Salam dəbsevərlər,

Əgər həqiqətən “dəbsevər”sinizsə moda ilə bağlı heç bir ifadə və ya termin sizə yad gəlmir. Əgər deyilsinizsə də əminəm ki, ömrünüzdə bircə dəfə də olsa vitrində görüb bəyəndiyiniz donu gecə yatanda düşünmüsünüz. Odur ki, dəblə bağlı hər hansı yenilikdən və ya tendensiyadan danışmaq əksəriyyət üçün heç vaxt sıxıcı olmur.

Elə isə gəlin dəbdən danışaq. Yəqin ki, gözönündə olub işığı parlayan qadınların adlarının önünə “İt girl” ifadəsinin qoyulduğunun şahidi olmusunuz.  Bəs bu ifadə dəb dünyasına necə və  nə zaman gəlib deyə heç düşünmüsünüz?

20-ci əsr ingilis elitasının dilindən kəşf olunan bu termin ədəbi dilə gəlməsini dövrünün məşhur jurnalisti və qısa mətn yazarı Jozef Radyaldın 1904-cü ildə  qələmə aldığı kiçik hekayəyə borcludur. Müəllifdən “it” sözünün nə mənaya gəldiyini soruşulduğunda isə “elə “it” dəməkdir” (“it is just İt”) cavabını vermişdir.

Terminin ilk dəfə böyük ictimaiyyətlə tanışması isə 1927-ci ildə ingilis roman yazarı Elinor Qlinin  “İt girl” adlı əsərinin səssiz film ekranlaşması ilə baş tutdu. Kim idi bu “it” girl?

Baş rolunu əfsanəvi Klara Bounun canlandırdığı Betti obrazı kasıb ingilis məhəllələrindən birində yaşayan və şəhərin ən böyük alış-veriş mərkəzində çalışan satıcı qızdır. Bettini ətrafındakı onlarla qızdan fərqli edən onun özünə güvəni ilə ətrafına işiq saçması və kompleksiz, rahat davranışıdır. Büdcəsinə uyğun, çox da alternativi olmayan qarderobundakı geyimləri zövqü və zəkası ilə dövrünün ən lüks məkanlarına uyğunlaşdıran Betti çalışdığı alış-veriş mərkəzinin sahibini ovsunlamağa qərarlıdır. Onun bunu ilk cəhddən bacarması da heç təsadüfi deyil, çünki qəhrəmanımız müəllifin dili ilə desək bir “it girl”dur.

Radyard Kiplinq əsərdə yüzlərin içində bir “it” olmağın fərqini açıqlamışdır. Onun qələmi ilə “it” termini ilə adlandırdığı insanlar cazibəsini ön palana çıxarmadan cazibədar olmağı bacaran ağıllı insanlardır. Belə insanlarda bilmədən, istəmədən doğuşdan əks cinsi ram edəcək fiziki görünüş və zəka mövcuddur. Filmə baxmamısınızsa mütləq baxın (link), əminəm ki, qadın cazibəsinə dair olan fikirlərinizi yenidən gözdən keçirməli olacaqsınız.

Müasir dəb aləmində bəzən yalnış şəkildə yüksək imkanlara sahib, qüsursuz bədən quruluşu və üz cizgiləri olan, ən bahalı brendlərdən geyinən qadınlar “it girl” adlandırılırlar. Əsla aldanmayın, əgər “it girl” olmaq istəmədən hər kəsdən fərqlənməkdirsə bunu hələ dünyanın heç bir simmetriyası və xəzinəsi bacarmayıb. Odur ki, daxilinizdəki işığı önə çıxarın.

Bu dəfəki kombinimə gəldikdə isə gördüyünüz kimi bloqumun ilk dəb qonağı – www.mouradova.com bloqunun yazarı Sevinclə bərabər özümüzü inamlı və rahat hiss etdiyimiz tərzdə geyinib kamera önünə keçmişik. Biz zövq aldıq, ümid edirəm siz də zövq alacaqsınız. Azadlığınızı geyinin və izləyin.

Photography: Gfarigue

Coat: Zara

Shirt: Bershka

Tulle: Bershka

Socks: Calzedonia

Pumps: Stradivarius

Trainers: New Balance

Sevgi ilə,

Tu

You may also like

3 comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir