Konfet aksesuarlar

Salam, qızlar.

Yəqin ki, hər kəsin qarderobunda konfet kimi şirin və rəngli aksesuarlar var. Xüsusilə yeniyətmə tərzini xatırladan bu aksesuarların mövsümünün olmadığına inanıram. Odur ki, rəngli şapkamı və ona uyğun digər “yoldaş”ları da alıb məndən xahiş etdiyiniz kimi idman üslubunda olan ayaqqabılarla (botlarla) kombin yaratdım.

Unutmadan qeyd etməliyəm: yun köynək həyat yoldaşımın qarderobundandır. Mən üzərimə bol və kobud yun köynəklər geyinməyi sevirəm. Həm tam bir xilaskardılar, həm də istənilən tərzə hava qata bilirlər. Xüsusilə də hamiləlik dönəmində xanımların çox işinə yaraya bilərlər. Altına istədiyiniz ətəyi və ya şalvarı, seçiminizə uyğun ayaqqabını geyinin, həm canınız isti olsun, həm ruhunuz havalı.

Çəkimlərimə ayrı bir əyləncə qatan bu dovşanlar isə bloqumun təsadüfi qonaqlarıdır. Küçədə bir cavan oğlan oynadırdı, yaxınlaşdım, foto çəkmək üçün icazə aldım, o da çox sağ olsun, alicənab davranıb xahişimi yerə salmadı. Sevirəm belə təsadüfləri.

Ümid edirəm zövq alacaqsınız.

Jumper: Defacto

Skirt: Primark

Boots:Defacto

Socks:Penti

Bag: Pink

Glasses:Pull&Bear

 

Sevgi ilə,

Tu

You may also like

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir