Soyuq əllər, isti papaqlar

Hər kəsə salam,

Yanvar ayının soyuğunu vitrinlərdə gözlərimizi qamaşdıran zərli, parlaq geyimlər mülayimləşdirməsə də, qışın oğlan çağında  şık görünməyimizə kömək edir.

Nə qədər anormal səslənsə də bəzən sırf bir corab və ya papaq üçün kombin düşünə bilirəm. Bu dəfə çox sevə-sevə taxdığım iri, yumşaq iplə toxunmuş papağımı əslində çox da gözümüzün alışmağıdı incə ayaqqabılarla geyindim. Uyğun gəldiklərini iddia etmirəm, bu uyğunsuzluğun gözəl göründüyünü düşünurəm.

Ana parça olaraq hər zaman xilaskarımız ola biləcək uzun tünd boz rəngli paltarımı seçdim.

Cins “oversize” penceyimi demək olar ki, hər kombinlə geyinməyi sevirəm, bu dəfə də məni yanıltmadı. Bir cüt nəzərəçarpan, parlaq sırğa və sadə eynək son ştrixlərim oldu.

Mən nəticəni bəyəndim. Siz bəyənməsəniz sadəcə gülüşümdən pozitiv alın.

 

Photography: Gulshan Narimanli

Dress: Zara

Denim jacket: Pull &Bear

Socks: Penti

Cap: Fromoliviah

Glasses: Koton

 

Sevgi ilə,

Tu

 

 

 

You may also like

2 comments

  1. Her zamankı kimi çox şık görünürsen Turan. Analıq da seni bir ayrı gözelleşdirmiş. İnşallah sağ-salamat körpeni qucağına alasan ve onunla birlikde look’lar çekesen bize ❣️😍😍

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir