Ayaqqabılarda “nənə” dəbi

Hər kəsə salam. Bir-neçə gün öncə elan etdiyim kimi artıq bloqumda yeni bölmə yaratmaq qərarına gəldim. Bu bölmədə onlayn alış-veriş saytlarından müəyyən kateqoriyalar üzrə bəyəndiyim məhsulları paylaşacağam. Tutaq ki, paylaşdığım hər hansı məhsulu bəyəndiniz və sifariş etmək istədiniz. Bu məsələni də sizin üçün asanlaşdırmışam. Hər məhsul üçün yerləşdirdiyim aktiv linkə klik etməklə birbaşa sayta daxil olaraq sifariş verə biləcəəksiniz.

İlk mövzumuz ayaqqabılarda “nənə dabanı” trenddidir. Zaman-zaman gözümüzə eybəcər görünsə də doğru kombinləndiyi zaman bu cür dabanlı ayaqqabıları hətta gəlinliyin altına belə geyinə bilərsiniz. Sizin üçün hər kəsin bəyənəcyi tərzdə (çox risk etmədim) bir neçə ayaqqabı seçdim. Beləliklə, başladıq:

  • Zamşa və məxmər vitrinləri və qarderobları işğal etdiyi bir vaxtda bu hakimiyyət ayaqqabılardan, hələ də bu rahat tərzli olanlardan yan keçə bilərdi mi? Xeyr. Aşağıda gördüyünüz iki rəng nümunəsində kiçik ölçülü və kvadrat dabanlı ayaqqabıların önü üçbucaq şəklində birləşdirilərək ən son dəbə uyğunlaşdırılıb. Güclü parçalarla birləşdirildikdə bu ayaqqabılarla çox şarmlı və effektli görünüş əldə etmək mümkündür. Ayyaqbıları sifariş etmək üçün ( mavi rəngi üçün buraya, çəhrahı rəngi üçün buraya) klik edin.

  • 90’ların uşağısınızsa aşağıda önü ayaq biləyinə perpendikulyar birləşən bağlamalı  və taxta dabanlı ayaqqabılar sizin məktəb ayaqqabılarınız olub. Mən bir neçəsini atamın xarici ölkələrə olan iş səfərləri sayəsində, bir qismini isə “Amay” ticarət mərkəzindən əldə etmişdim.  İstər romantik tərzli bir paltar geyinin, istər ən kobud cins şalvarınızı, ulduz sizsiniz! Ayyaqbıları sıfariş etmək üçün ( gümüşü rəngi üçün buraya, çəhrayı  rəngi üçün buraya) klik edin.

  • Məxmər? Niyə də yox? Hətta qışda yun və saçaqlı corablarla çox əla və tərzli görünür. Sifariş etmək üçün buraya klik edin.

  • Zərli detallar podiumlardan sonra lüks brendlərin kolleksiyaları ilə son dönəmlər yeni həyat qazanıblar. Əlbəttə bir “Miu Miu” dizaynı və keyfiyyəti olmasa da oxşar görüntünü aşağıdakı ayaqqabılar ilə yaratmaq olar. Eyi ilə sözügedən ayaqqaıların dizaynında olanlar da var, amma tamamilə hər hansı bir brendin təkrarlanmasına müsbət baxmıram, almıram, geyinmirəm. Aşağıdakı bir cüt gözəli sifariş etmək üçün isə buraya klik edin.

  • Sadəcə günlük istifadə təsəvvür etməyin. Sözügedən ayaqqabılar ən özəl günlərinizdə də xilaskarınız ola bilər. Toy gününüzdə boy fərqini aradan qaldırmaq və ya rahatlıq xətrinə alçaqdaban ayaqqabı geyinmək fikrinizdəsinizsə “Grandma heels” sizə kömək olsun.  Aşağıda gördüyünüz incə dabanlı, romantik iki cüt gözəli  sifariş etmək üçün ( şampanrəngli üçün buraya, bəyaz rəngli buraya) klik edin.

  • Son olaraq sizin üçün əslində çox da “Grandma heels”  sayılmayan, amma kiçik dabanla çox şarmlı görünən iki ayaqqabı seçmişəm. Firuzəyi rəngin məxmərlə möhtəşəm harmoniyası istənilən ayaqqabını ulduz edə bilər, hələ də o stiletto formalı, öndən bağlamalıdırsa.  Ayyaqbıları sıfariş etmək üçün buraya klik edin.

  • Bu qış havalar soyusa da arxası açıq ayaqqabılar vitrinləri tərk etmədi. Bu sezon xüsusilə ağ və açıq pastel rəngli sabolar  rahat dabanları ilə diqqət çəkir. Müxtəlif printli corablarla kombin edərək zövqlü bir görüntü əldə edə bilərsiniz. Ayyaqbıları sıfariş etmək üçün buraya klik edin.

Ümid edirəm sizin üçün maraqlı və yararlı olmuşdur. Növbəti alış-veriş siyahısı hansı mövzuda olsun? Fikirlərinizi mənimlə bölüşsəniz çox sevinərəm.

Sevgi ilə,

Tu

 

 

You may also like

2 comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir