Salam, 27!

Hello, 27. Xoş gəlmisən ömrümə 🙂

Çox möhtəşəm bir ili geridə qoydum. Yaşa dolduqca gözə, nəfsə inamım da qalmır, gözəlliklər paylaşılsın,artsın, çoxalsın. Odur ki, ürəkaçıqlığı ilə deyirəm: 26 yaşımda o qədər arzum gerçəkləşib ki, yeni yaşım üçün onların yerinə yenilərini fikirləşim gərək.

Bu il arzularımın adamı ilə birlikdə yaşamaq qərarı aldıq.  Oşo deyir ki, sevgi birlikdə tək olmaqdır. Həm bir olub, həm tək olmağı necə izah edim sizə bilmirəm. Bircə onu deyə bilərəm ki, xoşbəxtliyin bir adı var mənim üçün : AZADLIQ.  Sevgi də, hörmət də, sülh də sağlam ruh və düşüncə azadlığından doğur. Mənim kimi düşünən adama rast gəldim və ömrümü birləşdirdim. Sizin üçün ən gözəli olsun.

İllər boyu gecə-gündüz oxumağımın, öz üzərimdə çalışmağımın nəticəsini iş həyatında hələ bu il tədricən hiss etməyə başladım. Həm ixtisasım üzrə çalışmaq, həm də ixtisasımı tədris etmək, gənclərin əhatəsində olmaq mənə inanılmaz həyat və karyera təcrübəsi bəxş edir.

Bir tərəfdəndən də ömrümə “Çərpələng” kimi bir günəş parlayır. Dünya qalsın bir yana, Çərpələng isə başqa planetdir, sevginin, qayğının, nəvazişin, dostluğun, sülhün hökm sürdüyü cənnətdir, sakinləri də körpə mələklər…

26-ci yaşımda çoxdan bəri arzuladığım dəb bloqumu yaratdım. Həyat yoldaşım bu arzumu ciddiyə alan ilk insan idi, elə bloqun da yaradıcısı odur. Həyatın işinə baxın bir 🙂

Tanrı ana təbiəti mənim üçün səfərbər etmişdi.  Bloqumu açmaqla indiyənə qədər gəlmiş keçmiş ən gözəl fotolarımın müəllifi əzizim Gülşən ilə tanış olmağım bir oldu.  Nəticəni mənim qədər siz də bəyənirsinizsə nə xoşbəxt mənə. Məni yeni izləməyə başlamısınızsa çox şey itirməmisiniz, qarşımızda çox maraqlı bir yol olduğunu hiss edirəm 🙂

Bu dünyadakı sevdiklərimi doyunca sevməyə yetəcək ömür istəyirəm. Hələ gəzmək istədiyim yelər, uçmaq istədiyim diyarlar o qədərdi ki. Təsəvvür edin dünyanın dörd bir yanında bizim bilmədiyimiz körpə həyatlar, mübarizələr, uğur hekayələri, təslim olmaq üçün, davam etmək üçün milyonlarla səbəblər var. Onları eşitmək, dinləmək, paylaşmaq, dərs almaq istəyirəm. Tanrıdan zaman istəyirəm.

Siz də dəyərli zamanınızı ayırdığınız və xoş hisslərinizi mənimlə paylaşdığınız üçün sağ olun, var olun! 🙂

Gülşən bu dəfə doğum günümü fotolara köçürüb. Əllərinə sağlıq, Gül.  Ümid edirəm zöqv alacaqsınız.

 

 

 

Photography- Gulshan Narimanli (Gul Happy Photogallery)

T-shirt- OVS

Skirt- Stradivarius

Shoes- Soludos

Bag, Scarf, rings, braclet- I am 

Flower bouquet- Lilac

Tort – LePlaisir

 

Sevgi ilə,

Tu

 

 

You may also like

7 comments

  1. Çox gözəl motivasiya edirsiz yazılarınızla, saflığınızla, yazı mədəniyyətinizlə. Xoşbəxt olun! Daha yüksək pillələrdə, daha bol pozitivliklə, daha çox yerinə yetmiş arzularla dolu yeni blog yazılarınızı oxumaq diləyi ilə. 🙂

  2. Sevgi,gözəllik,azadlıq və ən əsası isə zəriflik rəmzisiniz, sizə baxıb motivasiya alıram. Bütün “look”lar gözəldir. Bir ömür boyu xoşbəxtlik diləyirəm.:)

  3. Tərziniz mükəmməldir Yeni yaşınızda daha gözəl işlərəimza atmanız və sevdiyniz insanla bir ömür xoşbəxt olmanız diləyilə.)Fotolarınızı hər zaman çox bəyənirəm fonu çəkiliş tərzi çox maraqlıdır. Mənə maraqlıdır sizin əsasən ixtisasınız təhsiliniz hansı sahə üzrədir? Size Ugurlar:)

    1. Xoş sözləriniz üçün minnətdaram. Hüquqsünaslıq+ Maliyyə 🙂 Hal-hazırda Maliyyə riskləri analisti olaraq çalışıram və eyni ixtisası universitetdə tədris edirəm 🙂

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir