Fransız ruhu toy libasında

Hər kəsə salam,

Sizinlə toy “look”umu paylaşıram. Geyim barədə çox qısa və konkret yazacam.  Eynilə beynimdə olan “gəlinlik” modelinin çox sevdiyim İngiltərə geyim markası olan  Self Portrait-in adi paltar kolleksiyasında görəndə çox sevindim. Bilmirəm ruhum bohodur, ya tərzim, amma dəqiq bilirdim ki, toyumda geyinəcəyim paltar pambıq materialından olmalı idi. Başqası ruhumu əks etdirə bilməzdi, mən mən olmazdım.

Boho tərzi həsir ayaqqabilarsız təsəvvür etmirəm, toy konseptimiz “rustic” tərzdə olduğu üçün heç başqa cürü uyğun da gəlməzdi. Bəli, bəli normalda uzun tül fata da o həsirlə uyğunlaşmır. Amma bu mənim yolumdur, mənim tərzimdir, mənim ruhumdur.  Dəb “lazım olan”ı alıb geyinmək deyil, dəb yaratmaqdır, öz yolunu, cığırını açmaqdır, dəb sizin şəxsiyyətinizlə, gözlərinizdəki parıltı ilə, ən çox işlətdiyiniz sözlərlə bir bütün təşkil etməlidir. Dəb fərqli olmaq deyil, özün olmaqdır. Dəb kreativ olmaq deyil, unikal olmaqdır. Dəb sizin üzərinizdəkilərin bir bütün olaraq başqasına yaraşmaması, sadəcə sizə yaxşı uyması, sizi anlatmasıdır. Dəb baxışlarınızdadır, mimikanızdadır, jestlərinizdədir.

Bir sözlə, dəb azadlıqdır, azadlığı olmayanın nə ruhu ola bilər, nə tərzi. Azad deyilsəniz  beyniniz trendlərin əsiri olacaqdır. Moda oyunlarının qurbanı olmamaq üçün ilk öncə çərçivəsiz, hüdudlardan arınmış bir düşüncəyə sahib olmaq lazımdır. İnsan əgər yazda çiçəkləyən ağacdan, dünyanın ən sehrli nəğmələrini oxuyan quşlardan, qaranlıq səmanı qucaqlayan sonsuz sayda ulduzlardan ilham ala bilmirsə nə dəb, hansı dəb?

Toyda dəyişməyə əsla can atmadım, əksinə özüm oldum, gündəlik saç düzümüm, gündəlikdən cüzi çox olan makiyajım və hər zamanki təbəssümüm 🙂 Bol-bol əyləndim, bol-bol həyəcan keçirdim, bol-bol sevindim. Bol-bol özüm oldum 🙂

Zamanınızı ayırıb oxuduğunuz üçün minnətdaram. Hər kəs mutlu olsun, daha gözəl dünyada yaşayaq.

 

Uuuu baby :)
Uuuu baby 🙂

 

Dress: Self Portrait (London)

Shoes: Soludos (USA)

Veil: R Group Wedding

Hairband: Lilac

Flower bouquet: Lilac

Cake: Le Plaisir

Sevgi ilə.

Tu

 

You may also like

21 comments

  1. Gorduyum obraz gozeldi, yani gozel gorunur ama bu gelin obrazi deil, her bir qizin arzusudu sevdiyi insanla aile heyati gurmag ve bu insanin omrunde bir defe olan bir sheydi, bir az da olsa gelen gonaglardan ferglenmek lazimdi.plyaj paltarini xatirladir bu geyim,hech bir zinyet eshyasi yox sadeden de sade daje nishan uzuyu bele gorunmur nebilim yene de zovg meseledi. Allah xoshbext elesin hemishe sevib sevilesen

    1. Gəlin obrazı deyə bir qayda-qanun yoxdur, sizin beyninizdə olan gəlin obrazı heç kim üçün tabu ola bilməz. Mən sizin yerinizə gəlin olmamışam, öz yerimə gəlin olmuşam. Mən çox gözəl də bütün qonaqlardan fərqlənirdim. Çimərlik geyimi dənizdə çimmək üçün nəzərdə tutulur, bizim planetdə heç kim belə paltar dənizdə çimmir 🙂 O ki, qaldı ziynət əşyasına- mənim heç bir ziynət əşyam yoxdur, nişan üzüyünün də dəfələrlə şəklini paylaşmışam, burada görsənmək kimi bir məcburiyyəti yoxdur. Toyda ziynət əşyası taxmaq sizin dünyanız, sizin fəlsəfəniz, sizin baxışınızdır, bu heç kim üçün qanun deyil. Özünüz yazırsınız ki, “görünən gözəldir.” Sonra yazdıqlarınız sizin toy üçün beyninizdə çizdiyiniz sərhədlərdir 🙂 Hər kəs sizin beyninizdəki çərçivəyə uymaq məcburiyyətində deyil. Deyəsən şəkillərə baxmısınız, yazını oxumamısınız. Əsla zövq məsələsi deyil. Üzərimdə zövqsüz heçnə yoxdur, yaşam və düşüncə məsələsidir. Sizə uğurlar.

  2. Canim gozelim..mence ferqlenmek gozel bir seydi,bezileri bunu gulunc veziyete dasisalarda oldugun kimi gorunmek isteddiyin kimi sene aid bir gunu yashamaq arzusunu gerceklesdirmek gozel hissdi..mence heckimin sozlerinen incime cubki bura Azerbaycandi ve her bir seye qulp qosacaqlar 😉Dilediyin kimi yasha gozel insan cunki heyata bir defe geliriy senin kimi qadinla fexr edirem men ..😘😘😘Bagrima basiram

  3. Rengler ve insanlarin muxtelifliyi kimi zovqler de muxtelifdir. Ferqlilikler yasadigimiz dunyani daha gozel edir mence. Yeni gozellik de diger anlamlar kimi nisbidir ve daxilden gelen, uze vuran bir nesnedir. Her bir qizin arzusu oldugu ucun ister istemez xosbextliyin gulusune o ise etrafa yansiyir, seni dunyada her kesden ayirir ferqlendirir. Burda oldugu kimi. Xosbext olun. 😉

  4. Geyiminiz,bey gelin masasi xarici filmlerde gorduyumuz deniz kenari,qumlu sahildeki toy merasimleri canlandirir gozumde. Her sey sade ve o qeder gozeldiki. Demek olar ki, sadece butulka ve gulden istifade ederek bu qeder gozellikler yaratmisiz. Emeyinize sagliq. Geyiminizin sadeliyi, zinyet esyasinin olmamagi xosbextliyin gosterisde olmadigini cox gozel eks etdirib. Baskalari ne deyer fikrinden uzaq,oz istekleriynen yasayan insanlari gormek cox xosdu. O gozel gulusunuz daim uzunuzde olar ve bir omur xosbext olarsiz insAllah😊 P.S: o qeder gozel gulursuz ki, ne geyinseydiz gozel gorunecekdi😉💕

  5. Hər bir insanın xəyalında öz gəlin obrazı olur ☺ niyəsə bizim insanlar gəlin deyən kimi abartılı makiaj, süni görüntü, par-par parlayan zinyət əşyaları, hər əldə 3 4 üzük😃 ya tort kimi qabarıq, qaşlı, ya da yaraşdı yaraşmadı balıq formalı gəlinlik geyinib güclə hərəkət etməyi nəzərdə tutur 😃 çox təbii, sadə, ən əsası isə zərif görünürdünüz☺zinyət əşyalarına qaldıqda isə saçınız qulaqlarınızın üzərini örtür, paltarınızında yaxası elə idiki boyunbağı taxsaz uyğun olmazdı☺ ən gözəlini, ən yaraşanını, yerli yerində geyinmişdiniz☺ əsas bir ömür boyu xoşbəxtlikdir😍 qəlbiniz kimi gözəl həyatınız olsun, sevgilər💖💖💖

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir