Hippie White

Salam, əziz Tu izləyiciləri.

Hər zamankı kimi yaz ayı olduğunu unudan bir Aprel yaşadıq və geridə qoyduq. Özü ilə şəhərimizə izahı mümkün olmayan gözəllik və aura gətirsə də havanın çox dəyişkən olması planlarımızı bəzən alt-üst edə bilər. Sizə indi təqdim edəcəyim “look”u havanın dəyişkən olması səbəbilə iki günə çəkib bitirmişik. Gülşənin əllərinə sağlıq.

Geyimə gəldikdə isə sözün düzü şərh yazmaqda çətinlik çəkirəm, çünki bu tam olaraq mənim tərzimdi və mənə elə gəlir ki, bu tərzin heç bir qanunauyğunluğu yoxdur, onu sadəcə hiss etməlisən. Saçaq geyimdə ən çox sevdiyim bəzəklərdən biridir. İncə sapdan toxunmuş ağ uzun jaketin ətəyi saçaqlarla vurğulanıb. Qısa top və yüngül material, etnik printli yay şalvarı ilə uyum içində olacaqlarını düşündüm. Bu cür şalvarlarla adətən rahat, amma incə ayaqqabı seçirəm, göy rəngli sandalları da məhz bu səbəbdən seçdim. Kiçik zamşa materialından olan çanta isə görüntünü tamamlamaqla yanaşı onun arxasında qalmağı bacardı, çünki artıq kombində kifayət qədər ulduz var idi.

Ümid edirəm bəyənəcəksiniz 😉

Processed

Photography: Gul Happy Nerimanli (@gulhappy_photogallery)

Pants: New Look

Cardigan: New Yorker

Shirt, shoes: Asos

Bag: Mango

Sevgi ilə, 

Tu

You may also like

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir