Classic Baku

Salam, dəbsevərlər. Necəsiniz?

Yeni “look”da postun adından məlum olduğu kimi bu dəfə əksər Bakı qızlarının sevdiyi klassik cins və pencək kombini etmişəm. Adətən şəhəimizdə qızlar bu kombini “skinny” (dar)  cins ilə edirlər. Bu mənim tərzim olmadığı üçün öz ampluamdan kənara çıxmaq istəmədim. Bu mövsüm balaqları asimmetrik kəsimli cins şalvarlar trenddir, mən də kombində istifadə etdim.

Normalda ətəyi bol köynək və şalvarı birlikdə geyinmək tənqid olunur. Mən isə belə kombinləri çox sevirəm və kilosu az olan xanımlara yaraşdığını düşünürəm.

Ətəyi peplum köynəyimi tikdirmişəm, yaşıl tül üzərindən qara məxmər işləməli bu parçanı görəndə vurulmuşdum. Çətin tikilən və tez sökülən 🙂 material olmasına baxmayaraq çox bəyəndiyim üçün köynək tikdirdim, amma xəbərdarlıq edim ki, heç praktik deyil. Elastikliyi olmadığı üçün narahatçılıq yaradır və tül çox incə olduğu üçün tikiş yerlərindən sökülmələr əmələ gəlir. Belə parçalar alarkən çox diqqət edin.

Ayaqqabım və çantam sizə tanışdır. Bundan öncəki kombinlərdə istifadə etmişəm. Klaassik eynək və aksessuarlar ilə görünüşü tamamladım. Ümid edirəm bəyənəcəksiniz.

 

Processed with VSCO with a4 preset

Photography: Gul Happy Nerimanli (@gulhappy_photogallery)

Jeans: Zara

Blaizer: New Yorker

Shoes: Zara

Glasses: Koton

Earring: Six

Sevgi ilə,

Tu

You may also like

4 comments

  1. Ola bilermiki hemn gun havanda deyildin? hemiseki enerjini alamadim ona gore deyirem supersen seve seve izleyirem hetta hetta izlediyim evvelki video blogerler yadima bele dushmeden…:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir