Salam, əziz bloqumun izləyiciləri! Ümid edirəm, yaz yaxınlaşdıqca həyatınıza da günəş doğur. Baharın ilk “look”unu ən sevdiyim boho tərzində etdim. Bu dəfə geyimdə soyuq çalarlardan, aksesuarlarda isə gümüşü rəngdən istifadə etdim. İsti rənglər ilə adətən qızılı aksesuarlar istifadə etməyi sevirəm.
“Look”un əsas hissəsi uzun, qalın ipdən hörülmüş dondur. Üzərindən eyni rəngdə və paltarın astarı ilə eyni uzunluqda olan “cardigan” görüntüyə hava qatdı. Boho tərzdə kiçik mavi çantaya görən kimi vurulmuşdum. Bu kombinə ideal yaraşacağını düşündüm. Ayaqqabı ilə bağlı planım başqa idi. Zamşa materialından kovboy çəkmələri düşünürdüm, amma demək olar ki, bütün mağazaların vitrinində bənzərini gördüyüm mövsümün “must have”-i olan önüaçıq, uzun ipli ayaqqabılar məni fikrimdən daşındırdı. Son toxunuşu isə gümüşü, mavi daşlarla bəzədilmiş aksesuarlar etdi.
Photography: Gulshen Nerimanlı (@gulhappy_photogallery)
Maxi: Defacto
Cardigan: H&M
Bag: Zara
Shoes: Pull&Bear
Accessories: Stradivarius
Belt: Mango
Azadlığınızı geyinin!
Sevgi ilə,
Tu
3 comments
OMG
💜💜
Canta heqiqeten basqa hava qatmis Her zamanki kimi sevdim Ugurlar