Qısa saçlarla necə geyinməli?

Saç tərziniz sizin gözəlliyinizi vurğulayan ve  xarici görünüşünüzü bir toxunuşla dəyişə bilən ən vacib amillərin bəlkə də ən birincisidir.  Diqqət edin, saç demədim, saç stili dedim.  Saçları sıfıra vurdurmaq belə düşünürəm ki, bir saç stilidir.

Uzunsaçli olmaq (ən azından ön tərəfi çənə ile paralel uzunluqda olan saçlar) hər zaman bir avantajdır. Çünki saç hər zaman üz quruluşunda olan qüsurları və kobudluqları örtür və görüntünü belə demək mümkündürsə yumşaldır. Digər tərəfdən uzun saç ilə geyim kombinləmək qısa saç ilə olduğundan daha asandır.

Buna baxmayaraq şəhərimizdə saçlarını tamamilə qısa kəsdirən qızların sayı son zamanlar artmaqdadır. Əgər siz də bu xanımlardansınızsa o zaman tez-tez ünvanınıza bu sözleri eşitmisiniz : “Səndə ürək var.”

Heç şübhəsiz ki, qısa saç sizə həddindən artıq çox yaraşırsa demək ki, sizde ürəkdən öncə simmetrik üz cizgiləri var.  Amma qısa saçlarla gözəl görünməyin şərtləri hələ bununla da bitmir. Bəli, bundan sonra sizi yeni qarderob strategiyası gözləyir və qısasaçlı olmağın ən çətin tərəfi də ele budur. Saçınız və makiyajınız ürəyinizcə olduğu halda geyinib aynanın qarşısına keçdiyiniz zaman “yox nəsə birtəhər görünürəm” deyirsinizsə düzgün geyinməmisiniz deməkdir.

Əgər saçlarınız həddindən artıq qısadırsa bu o deməkdir ki, evdən tələsik çıxdığınız zaman o çox sevdiyiniz  üzərinizə bol t-shirt-lə sevimli boyfriend cinsinizi tutuşdurub geyinmək sizi vəziyyətdən çıxartmaya bilər. “Tomboy” görüntüsündə olmaq ve qadınlıq cazibənizi itirmək istəmirsinizsə qısa saçlarla necə geyinməli adlı yazılmamış qanunun bir neçə maddəsinə  riayət etməli olacaqsınız.

Geyiminizin üst hissəsinə diqqət edin.

Geyiminizdə üst qism boldursa aşağı qismin bədəni vurğulamasına  fikir verin. Eks halda əgər əlavə olaraq ayağınızda da idman ayaqqabısı varsa dəcəl oğlan uşagı görüntüsü ile barışmalı olacaqsınız.

4071858_updated_classic

Yox əgər həm üst, həm də alt hissə boldursa aksesuarların və kənar detalların köməyi ilə daha cazibədar görüntü ala bilərsiniz. Məsələn belinizə bir kəmər bağlamaqla və ya hündürdaban geyinməklə görünüşünüzü  incələşdirə bilərsiniz.

Kəsimə diqqət!

Əgər yay mövsümündəsinizsə sərt kəsimli qollu köynəklərdən mümkün qədər qaçın. Bu cür qısaqol köynəklər çiyindən aşağı nayihədə çıxıntı yaratdığı üçün sizi daha enli göstərir. Saçlarınız da olmadığı üçün proporsiya pozulur və ortaya kobud görüntü çıxır. Istisnalar müvcuddur, lakin çox müstəsna üz quruluşuna və ifadəsinə malik qadınlar üçün. Bir Coco Rocha və ya Anna Hathaway deyilsinizsə məncə risk etməyə dəyməz. Bunun yerinə dekolte, birqollu, çiyinsiz köynəklərə üstünlük verin. Unutmayın, qara rəng sizi hər zaman gözəl göstərəcək.

3afae4c4641382452ef92556a76cef87

 

Bəs qışda ne etmeli? Soyuq havalarda kim oversize sviterlərdən imtina edə bilər axi? Mən öz təcrübəmdən deyə bilərəm ki, boğazı və çiyni azacıq açıq yun sviterlər qısa saçlarla daha cazibədar görüntü yaradır.

4efd3b57448bc429bc44ebeb4464785e

Aksesuarları unutmayaq.

Qısa saçlarla ən çox sevdiyim aksesuarlar- eynək, sırğa və kəmərdir. Bu cür xırda toxunuşlarla adi boz t-shirt-lə belə şarmlı görüntü əldə edə bilərsiniz.

Celebrities attend Universal Music Group’s Grammy After Party presented by American Airlines and Citi at The Theatre at Ace Hotel. Featuring: Zendaya Where: Los Angeles, California, United States When: 08 Feb 2015 Credit: Brian To/WENN.com

Azacıq” daban

Gündəlik olaraq çox hündürdaban ayaqqabılardan istifadə etmək çətindir, amma tamamilə dabansız ayaqqabılardan qaçın. Çox hündür olmayan ve qalın dabanlı  sandallar və qısaboğaz çəkmələr gündəlik həm rahat, həm də şıq olmaq üçün əla seçimdir.

Əlbəttə ki, gündəlik geyimdə “trainers” kimi keçinə bilmədiyimiz alçaqdaban ayaqqabılar var. Amma artıq bu cür ayaqqabıları da çox şıq geyimlərlə də kombinləmək olur. Odur ki, burada əsas sirr üzərinizdəki parçaları sizə qatacağı tərz və görüntü baxımından tarazlamaqdır.

Qeyd etdiyim fikirlər tamamilə öz təcrübəmdən qənaətə gəldiklərimdir. Sizin də belə təcrübəniz varsa düşüncələriniz maraqlıdır.

Sevgi ilə,

Tu

 

You may also like

7 comments

  1. Saçlarımı qısa kəsdirməyi həmişə istəmişəm, amma risk etmirəm, çünki siz dediyimiz kimi üz quruluşum simmetrik deyil. Amma 7 yaşıma qədər həmişə saçlarım tamamilə qısa olub. O vaxtki şəkillərə baxıram, çox yaraşır mənə elə saç,lakin daha o yaşda deyiləm və təbii ki, üz quruluşum da dəyişib bir az.

  2. Mənim saçım tələbəlik illərində qısa olub. Xüsusilə jele ilə işləməyi çox sevirdim. Amma özümdən başqa heç kim bəyənmirdi. İndi kimsə mənə desə ki, “kəsdir. gözəl görünəcək”, kəsdirərəm 🙂

  3. ax ax ax menim bu her ay sach kesdirmek sevdam.. artix sachlari uzanmayan biri kimi yaddashlara hekk olunmusham, amma kim ne deyir desin mene gore eger bir xanimin sachlari qisadirsa ve bunu avantaja chevirirse ozu uchun her zaman 1-0 ondedir. uzun sachlarin gozelliyi ortduyunu dushunenlerdenem men, gozellik qatir deyenlerden ferqli olaraq. qisa sach bir xanima hem zeriflik hem incelik hem de bele desek cool’luq qatir. qisaca, bir xanima qisa sach yarashirsa bashka bir soze ehtiyac yoxdur.😉

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir