Xaricdə təhsil almaq üçün haradan və necə başlamaq lazımdır?

Təhsil barədə seçimlərimiz həyatımızda çox həlledici rol oynayır. Bəzi insanlar ilk təhsil aldıqları təhsil üzrə ixtisaslaşırlar, ömür boyu həmin sahənin mütəxəssisi olurlar. Bəzi insanlar da mənim kimi birdən çox sahədə biliyə yiyələnmək istədikləri üçün özlərini müxtəlif sahələrdə sınayırlar. Yəqin ki, sizin də ətrafınızda belə insanlar var. Kimya fakultəsində təhsil alıb moda dizayneri olmaq istəyən kim, tibbi bitirib kod yazan kim.

Mən 2011-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirmişəm. Məzun olduqdan sonra hiss etdim ki, dünyada əksər hüquqşünasın etdiyi kimi ikili ixtisasa sahib olmaq istəyirəm, yəni hüquq ilə bərabər iqtisadiyyat və ya maliyyə təhsili almaq istəyirəm. Çox marağımı çəkən Risklərin idarə edilməsi sahəsini seçdim, amma baza təhsilim hüquq olduğu üçün birbaşa maliyyə üzrə təhsil ala bilməzdim. Yönləndiricim və bütün təhsilim boyu məni müşaiyət edən Azeristudent  oldu. Bəli, bəli şirkət hələ də fəaliyyət göstərir, həm də sadəcə ölkəmizdə yox, həm də Ukraynada, Gürcüstanda və Albaniyada.

Göz qamaşdır!

Hamiləlikdə tərzli olmaq asan deyil. Ona görə yox ki, tərzli geyimlər tapmaq çətindir, ona görə ki, alıb qarderobumuza qatdığımız hər hansı bir yeni “qonağ”ı əlimizdə olan hər şey ilə kombin etmək olmur.

It is just it!

Salam dəbsevərlər,

Əgər həqiqətən “dəbsevər”sinizsə moda ilə bağlı heç bir ifadə və ya termin sizə yad gəlmir. Əgər deyilsinizsə də əminəm ki, ömrünüzdə bircə dəfə də olsa vitrində görüb bəyəndiyiniz donu gecə yatanda düşünmüsünüz. Odur ki, dəblə bağlı hər hansı yenilikdən və ya tendensiyadan danışmaq əksəriyyət üçün heç vaxt sıxıcı olmur.

Soyuq əllər, isti papaqlar

Hər kəsə salam,

Yanvar ayının soyuğunu vitrinlərdə gözlərimizi qamaşdıran zərli, parlaq geyimlər mülayimləşdirməsə də, qışın oğlan çağında  şık görünməyimizə kömək edir.